“Dünya çempionatını qazana biləcək səviyyədə oynadıq” – Sautqeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin 1/4 finalında Fransaya 1:2 hesabı ilə uduzduqları oyunan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, o, futbolçuları ilə qürur duyduğunu bildirib:

“Məncə oyunumuzla daha yaxşısını haqq etdik. Oyunun sonunda qollar nəticəni müəyyənləşdirdi. Oyunçularımız bütün güclərini ortaya qoydular. Onlarla qürur duyuram.

Dünya çempionatını qazana biləcək səviyyədə oynadıq. Mənim üçün hakimin işini müzakirə etməyin mənası yoxdur. Daha çox futbolçularım haqqında danışmaq istərdim. Fransa millisini təbrik edirəm”.

Baş məşqçi Harri Keynin qaçırdığı penalti epizodu haqda da danışıb:

“Komanda olaraq qalib gəlirik və uduzuruq. İki qol buraxdıq və şanslarımızdan istifadə etmədik. Keyn çox etibarlı oyunçudur. Onun vurduğu qollar olmasaydı, bu mərhələdə olmazdıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button