Dünya çempionatında Rusiya ilə Belarusu əvəzləyəcək komandalar bilindi

Fransa və Avstriya komandaları bu il Finlandiyada keçiriləcək hokkey üzrə dünya çempionatında Rusiya ilə Belarusu əvəzləyəcək.

Komanda.az Beynəlxalq Buzüstü Hokkey Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Fransa Rusiyanın yerinə A qrupunda, Avstriya isə Belarusun yoxluğunda B qrupunda mübarizə aparacaq.

Finlandiyadakı dünya çempionatı 13-29 mayda Helsinki və Tampere şəhərlərində təşkil olunacaq.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button