Messi: “Bu mənim sonuncu Amerika kubokumdur”

Argentina millisinin hücumçusu Lionel Messi Amerika kubokunda uğurlu startdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az “Tyc Sports”-a istinadən xəbər verir ki, argentinalı futbolçu addım-addım hərəkət etməli olduqlarını bildirib:

“Bu mənim sonuncu Amerika kubokumdur? Bəli.

Dünya çempionatı-2026? Dünya çempionatında daha bir qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İşlərin necə getməsindən çox şey asılıdır, biz addım-addım hərəkət etməliyik. Hazırda əla işləyirəm”.

Argentina millisi Amerika kubokunun qrup mərhələsinin açılış matçında Kanadanı 2:0 hesabı ilə məğlub edib. 36 yaşlı futbolçu bu görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button