Dünya çempionatında daha 2 çəkidə qaliblər bəlli oldu

Bakıda taekvondo üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın beşinci günündə daha 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Qadınlar arasında 46 kq-da dünya çempionatının qızıl medalı Lena Stoykoviçə (Xorvatiya) qismət olub. O, finalda Siken Kamonçanoku (Tailand) məğlub edib. Üçüncü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutub.

Kişilər arasında 54 kq çəkidə dünya çempionu titulunu Tae-Joon Park (Cənubi Koreya) qazanıb. Gümüş medala Huqo Arillo Vazques (İspaniya) layiq görülüb. “Üçlüy”ü Omonjon Otajonov (Özbəkistan) və Görkem Polat (Türkiyə) qapayıblar.

Bu çəkidə Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kq) 1/16 finalda Ruka Okamotoya (Yaponiya), eyni mərhələdə Səyyad Dadaşov (54 kq) Omonjon Otajonova (Özbəkistam) məğlub olub.

Mundiala iyunun 4-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button