
“Asan oyun olmur” – Portuqaliya millisinin baş məşqçisi
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın seçmə mərhələsində Macarıstanla 2:2 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında çətin oyun olduğunu bildirib:
“Çətin oyun oldu, rəqib çox yaxşı çıxış etdi. Macarıstan xüsusilə, standart vəziyyətlərdə təhlükəli idi, amma ilk hissədə biz oyuna nəzarət edirdik. İkinci hissəyə də yaxşı başladıq, buna baxmayaraq, soyuqqanlılığı qoruyub saxlaya bilmədik.
Son on dəqiqədə dünya çempionatına vəsiqəni vaxtından əvvəl təmin etmək üçün qələbəni qorumağa çalışdıq, bu isə bizim psixoloji vəziyyətimizə mənfi təsir etdi. Asan oyun olmur. Dünya çempionatına ən yaxşı formada getmək üçün belə vəziyyətlərdə son dəqiqələrdə düzgün oynamalıyıq”.
Portuqaliyalılar oyunun əvvəlində qapılarında erkən qol görsələr də, fasiləyədək Kriştiano Ronaldonun dublu sayəsində hesabda önə keçiblər. Ancaq qarşılaşmanın sonlarında Dominik Soboslayinin qolu meydan sahiblərinə bərabərlik qazandırıb.
Portuqaliya millisi hələ də qrup lideridir və Macarıstandan 5 xal öndədir.
Bizi Facebook-da izləyin



