“Benzema mənə dedi: “Mən öldüm” – Deşam
Fransa millisinin baş məşqçisi Didiye Deşam Kərim Benzema barədə danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, DÇ-2022-nin “kral klubu”nun hücumçusu üçün əhəmiyyəti haqda fikir bildirib:
“Dünya çempionatı onun üçün çox şeyi ifadə edirdi. Zədələndikdən sonra mənə dedi: “Mən öldüm”. Milli komandanın həkiminin qoyduğu diaqnoz Madriddə qoyulan diaqnozla üst-üstə düşdü. Onun həmin ərəfədə məşqlərə qayıtması dekabrın 10-dan tez ola bilməzdi”.
Xatırladaq ki, Fransa millisi DÇ-2022-nin finalında Argentinaya penaltilər seriyasında məğlub olub (3:3, penaltilər – 2:4). Turnir başlamamışdan öncə zədələnən Kərim Benzema isə milli komandasına kömək edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin