“Dünya çempionatı keçiriləcək” – İnfantino
FİFA-nın prezidenti Canni İnfantino əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib:
“Bizim ehtiyat planımız yoxdur. Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin