Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu ilk gündə medalsız qaldı

Azərbaycanın üç cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk günündə uğursuz çıxış edib.

Komanda.az xəbər verir ki, onlar yarışı medalsız başa vurublar.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya məğlub olub.

Leyla Əliyeva (48 kq) 1/32 finalda Kurbanay Kurbanovanı (Türkmənistan) üstələsə də, ikinci görüşdə Laura Martinesə (İspaniya) uduzub.

Könül Əliyeva 1/32 finalda Mariya Labordeyə (ABŞ) məğlub olub.

Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığma, həmçinin, qarışıq komanda yarışında mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button