Dünya çempionatı: Azərbaycanın veteran güləşçisi “gümüş” qazanıb
Azərbaycanın veteran güləşçisi Elgiz Məmmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Güləş Federasiyasından Komanda.az-a verilən məlumata görə, yunan-Roma növündə 88 kq çəki dərəcəsində çıxış edən idmançı A kateqoriyasında ikinci yeri tutub.
1/4 finalda türkiyəli Aytac Dəmirə “tuş”la qalib gələn Məmmədov yarımfinalda bolqarıstanlı Antonio Toşkovu 4:1 hesabıyla məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinə minimal fərqlə (4:5) uduzan Azərbaycan təmsilçisi gümüş medal əldə edib.
Mundialda beynəlxalq kateqoriyalı hakim Əli Babayev ədaləti qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin