Dünya çempionatı: Azərbaycanın daha 2 taekvondoçusu medalsız qaldı
Azərbaycan taekvondoçusu Eltac Qafarov Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.
Komanda.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Marko Qolubiçə uduzub.
Qafarov daha əvvəl Vasilliy Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmışdı.
Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub.
Dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin