Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinalda
Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nerea Blanko (İspaniya) və Dariqa Abenə (Qazaxıstan) qalib gəlib.
53 kq-dakı Gültəkin Şirinova 1/8 final mərhələsində Zeynəp Yetgilə (Türkiyə), 62 kq-da yarışan Birgül Soltanova təsnifatda Astirid Xirinosa (Venesuela) uduzub.
50 kq-da mübarizə aparan Şəhanə Nəzərova isə təsəlliverici qarşılaşmada Sarra Hamdiyə (Tunis) yenilib.
Daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin