Dünya çempionatı: Azərbaycanın 2 qadın güləşçisi mübarizəyə başlayır

Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Leyla Qurbanova 1/8 final mərhələsində Yuliya Leorda (Moldova) ilə üz-üzə gələcək.

65 kq-dakı Elis Manolova 1/4 finalda Aslı Demir (Türkiyə) / Jia Lonq (Çin) cütünün qalibi ilə görüşəcək.

Bu gün üç güləşçi təsəlliverici görüşə qatılacaq. Yunan-Roma güləşçilərindən 60 kq-dakı Murad Məmmədov Yustias Petraviçyus / Ahmed Mahmud (Misir) duelinin güclüsü ilə, 130 kq-dakı Sabah Şəriəti Alimxan Sidikovla (Qazaxıstan), qadın güləşçilərdən 62 kq-dakı Tatyana Omelçenko Xiaojuan Luo (Çin) ilə güləşəcək.

Daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button