
Dünya çempionatı: Azərbaycan taekvondoçusu mübarizəni dayandırıb
Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Çin təmsilçisi Çenminq Ksyao ilə dueldən məğlub ayrılıb.
Ağayev əvvəlki raundda Eldar Kurmanaliyevi (Qırğızıstan) üstələmişdi.
Yarış iyunun 4-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin