
Dünya çempionatı: Azərbaycan taekvondoçusu 1/8 finala yüksəlib
Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşlərində Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Bədriəliabadi ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.
Mundaildə bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.
Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.
Dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin