Dünya çempionatı: Azərbaycan millisinin rəqibləri bilinib

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində üz-üzə gələcəyi rəqiblər bilinib.

Komanda.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində baş tutan püşkün nəticəsinə əsasən, milli komanda A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qrup oyunları dairəvi sistemlə keçiriləcək. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi 2025-ci ilin yayında baş tutacaq ilkin təsnifat mərhələsinin ikinci raunduna yüksələcək.

Təsnifat mərhələsində qrupun ilk oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button