Dünya çempionatı: Azərbaycan millisinin qrupunda daha bir oyun keçirildi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində 2-ci tura start verilib.

Komanda.az xəbər verir ki, A qrupunun oyununda Bəhreyn və Mavritaniya komandaları üz-üzə gəliblər. Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib – 2:0.

Mavritaniya qrupdakı ilk matçında Sloveniya, Bəhreyn isə Azərbaycan millisi ilə heç-heçə (1:1) edib. Azərbaycan yığması saat 20:45-də Sloveniyanı sınağa çəkəcək.

Bu gün daha 7 oyun keçiriləcək. Dünya çempionatı iyunun 1-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button