Dünya çempionatı: Azərbaycan millisi Gürcüstanı məğlub edib

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb. 

Komanda.az xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstanla üz-üzə gəlib. 

Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı iki bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button