Dünya çempionatı: Azərbaycan cüdoçuları medalsız qaldı

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında ilk günü medalsız başa vurublar. 

Komanda.az xəbər verir ki, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetova (Qazaxıstan) uduzub. 

Qadınlardan 48 kq-dakı Leyla Əliyeva da eyni raundda Xuliya Figeroaya (İspaniya) yenilib. 

Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button