Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi mübarizəni 2 medalla başa vurub

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında fərdi yarışları iki medalla başa vurublar.

Komanda.az xəbər verir ki, bu gün tatamiyə çıxan Məsumə Məmmədli (70 kq) 1/6 final mərhələsində Vanessa Karaffovaya (Çexiya) uduzub.

Sübhan Axundov isə (+90 kq) 1/8 finalda Kaito Tokita (Yaponiya) ilə dueldən məğlub ayrılıb.

Daha əvvəl Azərbaycanın 13 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıb.

Bu gün mundialda fərdi mübarizəyə yekun vurulur. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button