Dünya çempionatı: Azərbaycan avarçəkəni finala yüksəlib
Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında finala yüksəlib.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, bu növ üzrə 2018 və 2019-cu illərin dünya çempionu, 2021-ci il mundialının gümüş mükafatçısı ilkin mərhələni uğurla başa vurub.
İrlandiyalı ikiqat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin də olduğu 17 nəfərlik qrupda mübarizəyə başlayan Dimçenko təsnifat yürüşünü 25 dəqiqə 52 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb və birinci nəticə göstərməklə A finalına vəsiqə qazanıb.
Həlledici yürüş oktyabrın 9-da olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin