Dünya çempionatı: Azərbaycan millisi 6-cı oldu

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, son yarış günündə Anna Basta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə uğrunda Fransa ilə qarşılaşıb.

Rəqibinə 25:45 hesabı ilə məğlub olan Azərbaycan yığması 5-8-ci yerlər uğrunda ABŞ seçməsi ilə üz-üzə gəlib. Milli komanda rəqibini 45:37 hesabı ilə məğlub etsə də, növbəti qarşılaşmada Almaniya ilə bacarmayıb (41:45) və ümumi sıralamada 6-cı olub.

Daha əvvəl Anna Badta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button