“Dunayska Streda”nın baş məşqçisi “Zirə”yə məğlubiyyətdən sonra üzr istədi

Bu gün Slovakiyanın “Dunayska Streda” klubu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında səfərdə “Zirə”nin qonağı olub.

Komanda.az xəbər verir ki, 0:4 hesabı ilə məğlub olan komandanın baş məşqçisi Xisko Munyosun oyundan sonra mətbuat konfransı keçirilib. İspaniyalı çalışdırıcı bütün göstəricilərdə rəqibin daha yaxşı olduğunu bildirib:

“Oyunun nəticəsi birbaşa mənim səhvimdir. Oyunçulara lazım olanları çatdıra bilməmişəm. Azarkeşlərimizdən üzr istəyirəm. Bütün göstəricilərdə rəqib daha yaxşı idi. Cavab matçında səhvlərimizdən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışacağıq. Amma bu geriliyi aradan qaldırmaq çətin olacaq.

Komandama inanıram. Oyunçularımın bacarığına bələdəm. Keçən mövsümin sonundakı nəticələr də bunu göstərdi. Bizi çətin oyunun gözlədiyini bilirik. 0:4 rəqib komanda üçün böyük üstünlükdür. Amma ümidimiz var. Yaxşı hazırlaşıb, lazım olan nəticəni qazanacağımıza ümid edirəm”.

“Dunayska Streda” – “Zirə” cavab qarşılaşması bir həftə sonra Slovakiyada keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button