…dünən yaxşı görünürdü – Sulşer
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer, Premyer Liqanın növbəti turunda keçirəcəkləri “Lester”lə oyundan əvvəl açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, rəqibi dəyərləndirib:
“Lester”in “Liverpul”la oyununu izlədim. Komandanın xüsusi enerjisi və tempi var. Onlar yaxşı müdafiə olunur və bu müdafiəni keçmək çətindir. Rəqibin heyətində sürətli futbolçular var. Bu oyun bizim üçün çətin sınaq olacaq, amma bunu sevirəm”.
Norveçli mütəxəssis Antoni Marsial və Pol Poqbanın bu oyunda iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib:
“Son oyundan sonra birlikdə tam məşq keçirməmişik. Hər iki futbolçunun formada olduğuna ümid edirəm. Poqbanın zədəsinin ciddi olduğunu düşünmürəm. Marsial da bu gün məşqə qoşulacaq. Onun “Lester”lə oyunda iştirak edə biləcəyini düşünürəm, dünən yaxşı görünürdü. Poqba da, Marsial da “Lester”lə oyunda meydanda ola bilər”.
“Lester” – “Mançester Yunayted” oyunu fevralın 3-də keçiriləcək.
Bizi Facebook-da izləyin