
Dumfris İspaniya klubuna keçəcək?
“İnter”in müdafiəçisi Denzel Dumfris “Barselona”ya mümkün keçidi haqda sualı cavablandırmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Mən indi məzuniyyətdəyəm, ona görə də danışa bilmirəm. Bağışlayın, zəng etdiyiniz üçün təşəkkür edirəm. Sağ olun”.
Daha əvvəl Dumfrisin agenti Jorje Mendeş futbolçuya Kataloniya klubuna keçmək variantını təklif edib və o, həmçinin, oyunçunun iyulun ortalarına qədər olan 25 milyon avroya müqaviləsini almaq variantını nəzərdən keçirib.
29 yaşlı müdafiəçi son mövsümdə bütün yarışlarda 47 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



