İngiltərə millisinin üzvü “Real”a keçə bilər

İngiltərə millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu “Dumanlı Albion”u günəşli İspaniya ilə əvəz edə bilər.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Real” maraqlanır.

Daha əvvəl ingiltərəli yarımmüdafiəçi “qırmızı şeytanlar”la yeni müqavilə bağlamaqdan imtina etmişdi. MY Mainunu satsa, onun transferindən təxminən 83 milyon avro alacağını gözləyir.

Kobbi Mainu bu mövsüm 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button