“Hamımız bir nəticə barədə düşünürük” – “Düdelanj”ın futbolçusu
“Düdelanj”ın futbolçusu Conatan Juber Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az “lequotidien.lu” saytına istinadən xəbər verir ki, 40 yaşlı qapıçı, sabahkı görüşlə bağlı bunları deyib:
“Xəyal qurmaq istəyirik. Hamımız bir nəticə barədə düşünürük. “Rosport” üzərində qələbə bizə özünəinamı qaytardı. Bu iki oyun fərqli yanaşmalar tələb edir. “Rosport”u məğlub etməyimiz o demək deyil ki, bu gün özümüzü rahat hiss edirik. “Qarabağ”la matça hazırlaşmaq və azarkeşləri yenidən təəccübləndirmək üçün bir günümüz var. “Qarabağ”ın avrokubokda oynamaq adəti var. Amma yenə də pozitiv yanaşırıq”.
Sabah keçiriləcək “Düdelanj” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin