“Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”
“Düdelanj”ın baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl Lüksemburq mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, belçikalı mütəxəssis, cəzalı olduğu üçün bu oyunda iştirak etməyəcək Daniel Sinaninin də onlar üçün ciddi itki olduqlarını deyib:
“Heç bir futbolçu əvəzedilməz deyil. Ancaq bombardirimiz Daniel Sinaninin yoxluğu bizim üçün ciddi itkidir.
“Qarabağ”dan Riçard Almeyda ilk oyunda bizə ciddi problemlər yaratdı. Onun oyununa müdaxilə edə bilmədik və matçın əsas açarı o idi. Oyun zamanı meydana kimlərin çıxması önəmli deyil. Qürurlu oynamaq və “Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”.
Bu gün keçiriləcək “Qarabağ” – “Düdelanj” matçı saat 21:55-də start götürəcək.
Bizi Facebook-da izləyin