“Düdelanj”dan azarkeşlərinə “Qarabağ”la oyun üçün 600 avroluq təklif

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Düdelanj” azarkeşlərinə jest edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburq klubu qrup mərhələsində keçirəcəkləri “Qarabağ” və “Sevilya” ilə səfər oyunları üçün azarkeşlərin iştirakını təşkil edir. Klubun azarkeşlərə ünvanladığı müraciətdə, həm Bakıya, həm də Sevilyaya çarter reysinin təşkil ediləcəyi, azarkeşlərin 4 ulduzlu oteldə qalacaqları və hər iki səfərin 3 günlük planlaşdırıldığı bildirilib. Komandasını səfərdə dəstəkləmək istəyənlər “Sevilya” ilə oyun üçün 650 avrodan, “Qarabağ”la görüş üçün isə 600 avrodan keçməli olacaqlar.

“Qarabağ” – “Düdelanj” oyunu dekabrın 12-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında ilk oyun oktyabrın 3-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button