“Düdelanj” üzr istədi, oyun davam edəcək

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubu ilə səfər oyununun 30-cu dəqiqəsində erməni təxribatının törədilməsi ilə əlaqədar matçın yarıda dayandırıldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, təxminən 20-22 dəqiqəlik fasilədən sonra “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov stadionda “Düdelanj” rəhbərliyinin bu təxribata görə azərbaycanlı azarkeşlərdən üzr istədiyini diqqətə çatdırıb.

Bundan az sonra futbolçular da meydana qayıdıblar. Bu isə matçın qaldığı yerdən davam etdiriləcəyi anlamına gəlir.

Qeyd edək ki, baş verənlərə görə UEFA Lüksemburq klubunu cəzalandıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button