MY üçün tibbi müayinədən keçdi

“Nyukasl”ın qapıçısı Martin Dubravka tezliklə “Mançester Yunayted”ə keçəcək.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat  yayıb. Artıq 33 yaşlı qolkiper tibbi müayinədən uğurla keçib. Tərəflər müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər.

İcarəyə verilən Dubravkanın keçidinin bu gün – avqustun 31-də rəsmən açıqlanacağı gözlənilir.

Dubravka 2017-ci ildən “Nyukasl”da çıxış edir. İngiltərə Premyer Liqasının ötən mövsümündə Slovakiya millisinin qapıçısı 26 oyun keçirib və 35 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button