“D’S damat” “Neftçi”nin rəsmi moda sponsoru oldu
“Neftçi” PFK ilə Türkiyənin məşhur geyim brendi “D’S damat” arasında əməkdaşlıq müqaviləsi bağlanıb.
Komanda.az xəbər verir ki, müqavilənin müddəti 2004/25-ci illər mövsümünün sonunadəkdir. Razılaşmaya əsasən, “D’S damat” klub nümayəndələri və əsas komanda üzvlərini geyimlə təmin edəcək.
“D’S damat” kişi geyim bazarının liderlərindən biri olmaqla yanaşı, rəqabətədavamlı qiymətlərlə keyfiyyət, rahatlıq və dizayn təqdim edir. “D’S damat” 100 faiz yerli parçalardan hazırlanan geniş və dünya standartlarına uyğun kolleksiyaları, yüksək uyğunluğa malik texnologiya ilə rahatlığı birləşdirən dizaynları ilə dünyanın ən çox danışılan brendlərindən birinə çevrilib. Keyfiyyəti sərfəli qiymətlərlə təklif edən “D’S damat” son illərdə sürətlə böyüyərək türk və əcnəbi kişilərin geyinmə vərdişlərini dəyişməyə davam edir və Türkiyənin 128 nöqtəsində, dünyanın 35 ölkəsində onların ən özəl anlarına şahid olur.
Bizi Facebook-da izləyin