Dronla rəqibi izlədi, işini itirdi
Paris-2024-də iştirak edən Kanadanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Beverli Priston postundan kənarlaşdırılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna çalışdırıcının atdığı maraqlı addım səbəb olub.
Belə ki, Priston Yeni Zelandiya millisi ilə keçirəcəkləri matç ərəfəsində rəqibin məşqini izləmək üçün dronlardan istifadə edib. Dron Yeni Zelandiya yığmasının məşqi zamanı səmada görünüb. Məsələ ilə bağlı araşdırma aparılanda Priston bütün məsuliyyəti öz üzərinə götürüb. Nəticədə, onun baş məşqçi fəaliyyətinə son qoyulub. 38 yaşlı mütəxəssisi Olimpiadada Endi Spens əvəzləyəcək.
A qrupunda keçirilən matçda Kanada millisi Yeni Zelandiyanı 2:1 hesablı məğlubiyyətə uğradıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin