“Döyüşəcəyik, iddiamız böyükdür” – millinin baş məşqçisi
Mini-futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, Quliyev Avropa çempionatına hazırlıq barədə fikirlərini bildirib:
“Komanda yaxşı vəziyyətdədir. Oyunlara yaxşı hazırlaşırıq. Matçları gözləyirik. Əsas məqsəd qrupdan çıxmaqdır. Biz də güclüyük, döyüşəcəyik, iddiamız böyükdür. Komandamızın potensialı yüksəkdir. Avropada ilk beşliyə düşə biləcək səviyyədə komandamız var. Çox güclü qrupa düşmüşük. Qrupdan yaxşı nəticələrlə çıxa bilsək, finala qədər irəliləmək şansımız yüksəkdir. Birinci, ikinci yerlə çıxsaq, güclülərlə ancaq yarımfinalda qarşılaşa bilərik.
Sınaq matçımız iyunun 2-də Sloveniyaya qarşı olacaq. Bir oyun keçirəcəyik. Daha sonra oyunlara hazırlaşacağıq. Başqa rəqiblərimiz yox idi. Pandemiyaya görə heç yerə gedə bilmədik. Bir yoxlama görüşü az olsa da, yetərincə sayırıq. İstəyirik ki, yüksək səviyyədə oynaya bildiyimizi göstərək.
Orxan Əliyevi milliyə çağırmaq istəyirdik. Son 6 ayda peşəkar futbol oynadığına görə onu götürə bilmədik. Kimi istəyirdiksə, buradadır. Deməzdim ki, komandaya ancaq yaşlı futbolçular götürmək istəyirik. Sintez yaradaraq sürəti artırmaq istəyirik”.
Avropa çempionatında 24 komanda 6 qrupda yarışacaq. Azərbaycan millisi Rumıniya, İspaniya və Albaniya ilə eyni qrupda mübarizə aparacaq.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin