Dövrənin son turunun oyunlarının yeri və vaxtı bilindi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 3-cü turun oyunlarının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, Yüksək Liqada 1-ci dövrənin son oyunları yanvarın 26-da və 27-də keçiriləcək.

Yanvarın 26-da saat 18:00-da start götürəcək görüşdə “Neftçi” MOİK-i sınağa çəkəcək.

Növbəti gün ”Murov” – “Xarı bülbül” oyunu keçiriləcək. Görüş saat 16:00-da başlayacaq.

Hər iki oyun Voleybol Mərkəzində təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button