“Dostum hesab etdiyim Mançininin xəyanətini hiss etdim”
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina milli komandanın baş məşqçisi Roberto Mançininin istefasına münasibətindən danışıb.
Komanda.az “Football Italia”-a istinadən xəbər verir ki, Qravina, 58 yaşlı mütəxəssisin seçiminə məyus olduğunu bildirib:
“İdman səviyyəsində deyil, insani səviyyədə Mançininin seçimi məyus etdi. Həmişə dostum hesab etdiyim Robertonun xəyanətini hiss etdim. Onun məşqçilik seçiminin maraqlarına əlavə olaraq, bu, mənim üçün hələ də sağalda bilmədiyim bir yara idi”.
Mançini yayda Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Onun müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin