
“Borussiya”nın sabiq hücumçusu Misir klubunda
Dortmund “Borussiya”sının keçmiş hücumçusu Antoni Modeste “Əl-Əhli” ilə müqavilə imzalayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı fransalı futbolçu ilə müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Futbolçu yeni klubu ilə azad agent kimi müqavilə imzalayıb.
Modeste iyulun 1-də, Almaniya klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. O, ötən mövsüm 29 oyun keçirib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin