“Onun “Bavariya”ya qarşı oynayıb-oynamayacağını əminliklə deyə bilmərəm”
Dortmund “Borussiya”sı Bundesliqanın 28-ci turunda “Bavariya” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, dortmundlular sözügedən matçda Ceydon Sançonun köməyindən istifadə etməyə bilər. Bu barədə “Borussiya”nın baş məşqçisi Lusyen Favr “goal.com”a açıqlamasında deyib.
O, Sançonun “Bavariya” ilə matçda iştirak edib-etməyəcəyinin sual altında olduğunu bildirib:
“Sanço sadəcə 10 gündür bizimlə məşq edir. Onun “Bavariya”ya qarşı oynayıb-oynamayacağını əminliklə deyə bilmərəm”.
Mayın 26-da keçiriləcək “Borussiya” – “Bavariya” matçı saat 20:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin