Dortmundun ən yaxşısı “Borussiya”lı oldu

Almaniyanın Dortmund şəhərində 2018-ci ilin ən yaxşı idmançısı məlum olub.

Komanda.az xəbər verir ki, “Ruhr Nachrichten” qəzetinin oxucuları və “Radio 91.2” radiosunun dinləyiciləri arasında keçirilən sorğuda, “Borussiya”nın futbolçusu Marko Roys ötən ilin ən yaxşı idmançısı seçilib. Alman futbolçu 51,9 faiz səslə 1-ci olub.

Avarçəkmədə sabiq olimpiya çempionu Rixard Şmidt 25,1 faizlə 2-ci, yüngül  atlet Mohamed Mohamedi isə 23 faizlə 3-cü yerin sahibi olub.

Roys cari mövsümdə “Borussiya” formasıyla 26 oyunda iştirak edərək, 16 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button