“Halandı saxlamaq çətin olacaq, ancaq…”
Dortmund “Borussiya”sının icraçı direktoru Hans-Yoahim Vatske komandanın hücumçusu Erlinq Halandın gələcəyiylə bağlı danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəsmisi, norveçli futbolçunu “Borussiya”da saxlamağın çətin olacağını deyib:
“Əlbəttə, Halandı saxlamaq çətin olacaq, ancaq “yüz faiz gedəcək” deyə də düşünmək lazım deyil. Ən yaxşı futbolçularımızı komandamızda saxlamaq üçün hər şey edəcəyik. Haland gedərsə, onun yerinə yüksək səviyyəli bir futbolçu ala biləcək potensialımız var”.
Haland bu mövsüm 8 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin