Baş məşqçi Halandı əvəzləməkdən qorxub
Dortmund “Borussiya”sının baş məşqçisi Marko Rouz Almaniya kubokunda “Vehen”ə qarşı keçirdikləri oyunda hücumçu Erlinq Halandı əvəzləməməsinin səbəbini açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Rouz, norveçli futbolçunu əsəbiləşdirmək istəmədiyini deyib:
“Bir an Halandı əvəzləməyi düşündüm, ancaq tez fikrimi dəyişdim. Niyə Halandı əvəzləmədim? Onu əsəbiləşdirməkdən qorxdum. O, sona qədər meydanda olmaq və çox qol vurmaq istəyir. İkinci hissədə əvəzetmələr edəndə Halandın meydanda qalmasının daha düzgün olduğunu başa düşdüm”.
Haland “Vehen” – “Borussiya” matçında het-trik edib. Qarşılaşma dortmundluların 3:0 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin