Əmrə Can almanların hədəfində
Dortmund “Borussiya”sı “Yuventus”dan Əmrə Canı transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Benfika”ya satdığı Yulian Vayqlın yerini alman yarımmüdafiəçi ilə doldurmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Yuventus”da az şans qazanan Əmrə də komandanı tərk etməyə müsbət yanaşır. “Borussiya”nın yaxın zamanda Turin təmsilçisi ilə ilkin müzakirələr aparacağı bildirilir.
Bu mövsüm “Yuventus”la 7 oyuna çıxan 25 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin