Getse La Liqa yolunda
Dortmund “Borussiya”sı ilə yollarını ayıran Mario Getse karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçiylə “Sevilya” klubu yaxından maraqlanır. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. “Sevilya”nın hazırda azad agent statusu daşıyan alman futbolçuyla danışıqlara başladığı bildirilir.
Getse ilə “Sevilya”dan başqa, “Monako”, “İnter”, “Roma” və “Milan” klubları da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin