“Barselona”ya uduzsalar…
Dortmund “Borussiya”sı baş məşqçisi Lusyen Favrla yollarını ayıra bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, komandanın son dövrlərdə uğursuz çıxış etməsi klubun rəhbərliyini narahat edib. Dortmund təmsilçisi hazırda Bundesliqada lider “Borussiya”dan (Münhenqladbax) 5 xal geridə qalaraq, 6-cı sırada qərarlaşır.
“Borussiya” Çempionlar Liqasının qrup mərhələsinin növbəti turunda, “Barselona” ilə oyunda uduzsa, baş məşqçi Favr postundan göndəriləcək.
“Barselona” – “Borussiya” matçı noyabrın 28-də keçiriləcək.
2018-ci ilin yayından “Borussiya”nı çalışdıran Favrın müqaviləsi 2021-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin