“Beşiktaş”a qol vurdu, tarixə düşdü
Dortmund “Borussiya”sı (Almaniya) Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Beşiktaş”ı (Türkiyə) məğlub edib – 2:1.
Komanda.az xəbər verir ki, Dortmund təmsilçisinin futbolçusu Cud Bellingem turnirin tarixinə düşüb. Belə ki, qarşılaşmada ikinci qolu vuran ingilis yarımmüdafiəçi Çempionlar Liqası tarixində ardıcıl iki oyunda fərqlənən ən gənc futbolçu olub. O, bu rekorda 18 yaş 78 günlüyündə nail olub.
Bundan əvvəlki rekord PSJ-nin hücumçusu Kilian Mbappeyə aid idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin