Mbappe: “Donnarummaya yazığım gəlir”

“Real”ın hücumçusu Kilian Mbappe qapıçı Canluici Donnarummanın PSJ-dəki hazırkı durumu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı futbolçunun çətin günlərdən keçdiyini söyləyib:

“Donnarummaya yazığım gəlir. O, çətin günlərdən keçir”.

Daha əvvəl qolkiperin Paris klubundan ayrılmağa yaxın olduğu və “Mançester Siti”nin oyunçunu transfer etmək istədiyi bildirilib. 26 yaşlı futbolçu 2024/25 mövsümündə 47 oyunda çıxış edib və 17 matçda qapısını toxunulmaz saxlayıb. Onun parislilərlə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button