
Donnarummanın İngiltərədən 3 “müştəri”si var
İtaliya millisinin və PSJ-nin qapıçısı Canluici Donnarummanın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır və bu səbəbdən gündəmdədir.
İtaliyalı futbolçunun Paris klubu ilə müqaviləsinin müddəti gələn il başa çatacaq, ancaq yeni anlaşma ilə bağlı aparılan danışıqlar asan keçmir.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Donnarummaya İngiltərə Premyer Liqasının üç top-klubu – “Çelsi”, “Mançester Yunayted” və “Mançester Siti” ciddi şəkildə maraq göstərir.
25 yaşlı futbolçu PSJ-nin heyətində indiyə qədər 160 oyuna çıxıb və 153 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



