
Skoulz: “Donnarummanı əldən buraxmaq gördüyüm ən böyük səhvdir”
“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz komandanın yeni qapıçısı, 23 yaşlı belçikalı Senne Lammens barədə fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Skoulz onun hələ top-qapıçı olmadığını bildirib:
“Bu gənci Belçikadan alırsız, qiyməti 20 milyon avro. Məncə, bu, onun indiki səviyyəsi haqqında hər şeyi deyir. O, hələ top-qapıçı deyil. Canluici Donnarummanı əldən buraxmaq isə mənim gördüyüm ən böyük səhvdir. Ona istədiyi hər şeyi vermək və PSJ-dən aparmaq lazım idi. O, asanlıqla dünyanın ən yaxşı qapıçılarından biri ola bilərdi… Mənə Petr Şmeyxeli xatırladır”.
Lammens hələ “Mançester Yunayted”də debüt etməyib. Komandanın son matçında, “Mançester Siti”yə qarşı oyunda (0:3) qapıda Altay Bayındır çıxış edib.
Donnarumma bu yay PSJ-ni “Mançester Siti”yə dəyişib.
Bizi Facebook-da izləyin



