“Monako”nun baş məşqçisi Donnarummadan üzr istədi
“Monako”nun baş məşqçisi Adi Hutter Liqa 1-in 16-cı turunun matçında PSJ-nin qapıçısı Canluici Donnarummanın zədələnməsinə münasibət bildirib:
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, avstriyalı çalışdırıcı bu epizoddan uzaq olduğunu söyləyib:
“Mən bu epizoddan uzaq idim. Ondan üzr istəyirəm, amma futbolda bəzən belə olur. Bu, oyunçumuz tərəfindən qəsdən deyildi, o, tullanmaq istəyirdi”.
Donnarumma ilk hissədə zədələnib. Onu rusiyalı qapıçı Matvey Safonov əvəzləyib. Qarşılaşma Paris klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin