Neymardan asılıdır – Donnarumma və Dibalanın taleyi
İtaliya A Seriyasında mübarizə aparan “Yuventus”un futbolçusu Paulo Dibala və “Milan”ın qapıçısı Canluici Donnarumma karyeralarına Fransada davam edə bilərlər.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçu PSJ-nin maraq dairəsindədir. Bu futbolçuların transferi isə Paris klubudan ayrılmaq istəyən Neymardan asılıdır. Belə ki, braziliyalı futbolçu PSJ-dən ayrılacağı halda, klub həm Dibala, həm də Donnarumma üçün hərəkətə keçəcək. Klubun idman direktoru Leonardo komandaya qapıçı transferinin mütləq olduğunu, Alfons Areola və Kevin Trappın yaxşı qapıçı olmalarına baxmayaraq, Çempionlar Liqasında daha inamlı qolkiperə ehtiyac hiss etdiklərini bildirib.
Neymarın klubda qalacağı dəqiqləşərsə, PSJ transfer pəncərəsinin sonuna qədər böyük transfer həyata keçirməyəcək.
PSJ bir müddət əvvəl də Donnarummanı heyətinə qatmağa çalışmış, “Milan” isə bu transfer üçün 50 milyon avro tələb etmişdi.
Bizi Facebook-da izləyin