“Donnarumma üçün bu vəziyyətlə barışmaq çətindir”

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın qapıçısı Canluici Donnarummanın azarkeşlərlə vida səhnəsini şərh edib.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, azarkeşlərin dəstəyini görməyin həmişə xoş olduğunu bildirib:

“Azarkeşlərin dəstəyini görmək həmişə xoşdur. Başa düşürəm ki, bu, Donnarumma üçün xüsusi andır. Onun üçün bu vəziyyətlə barışmaq çətindir, amma azarkeşlərin bu davranışını görmək sevindiricidir”.

Fransa Liqa 1-in ikinci tur matçından sonra italiyalı qolkiper azarkeşlərin tribunası qarşısına gedərək, onların dəstəyini alıb.

Daha əvvəl PSJ rəhbərliyinin Donnarumma ilə yeni müqavilə imzalamaq niyyətində olmadığı məlum olub. 26 yaşlı futbolçu çox yüksək maaş tələb etdiyinə görə klub onu saxlamaqdan imtina edib. Nəticədə, oyunçunun nümayəndələri yayda onun komandadan ayrılacağını açıqlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button